NƏSİMİNİN BAHARİYYƏLƏRİ

Azərbaycan şerinin korifeylərindən olan İmadəddin Nəsiminin (1360-1417) bütün yaradıcılığı boyu müşahidə olunan irfani görüşlərin ifadə dairəsi yalnız mücərrəd anlayışlarla hüdudlanmır, bu fəlsəfi mülahizələr onun ümumilikdə təbiət hadisələrinin nizamı və qanunauyğunluğu, eləcə də novruz günləri, bahar fəsli barədəki şeirlərinin də ideya özülüdür. Yazın gəlişi vəsf edilən şeirlərin bahariyyə, payızın təsvirinə həsr olunan əsərlərin isə xəzaniyyə adlandırılması məlumdur. Oxumağa davam et

Advertisements

İSLAM VƏHDƏTİ: ÜNSÜRLƏRİ VƏ MANEƏLƏRİ

 İslam dini nöqteyi-nəzərdən bütün insanlar hüquq etibarı ilə bərabərdir və onlar arasındakı üstünlük təqva ilə ölçülür. Bəşəriyyət bir ata və anadan xəlq olunmuş vahid bir ümmətdir. Əgər insanların arasında ixtilaf yaranmasaydı, onlar vahid ümmət şəklində qalardı: “İnsanlar vahid bir ümmət idilər, sonra ixtilafa düşdülər. Əgər Rəbbin tərəfindən əzəldən bir Söz verilməsəydi, ixtilafa düşdükləri şey barəsində aralarında dərhal hökm verilərdi.”[1]. Oxumağa davam et

QURANDA QEYRİ-ƏRƏB MƏNŞƏLİ SÖZLƏRİN MÖVCUDLUĞUNA DAİR

Quran elmləri tarixində mübahisə edilən mövzulardan biri də Qurani-Kərimdə qeyri-ərəb mənşəli sözlərin olub-olmaması məsələsidir. Quran elmlərinə dair təlif edilən əsərlərdə “Ğəribu-l-Quran”* başlığı altında tədqiq edilən bu mövzu ilə əlaqədar erkən dövrdən etibarən müstəqil əsərlər də qələmə alınmışdır. (3, s. 35) Bu mövzu ilə əlaqədar ilk əsərin sahibi Əban b. Təğlibdir (ö. 141/758).(11, s. 320) Oxumağa davam et

İMAM HƏSƏN ƏL-ƏSGƏRİ (Ə) VƏ ONUN “TƏFSİR” ƏSƏRİ

İlk dövr Şiə təfsirlərindən biri də İmamiyyənin 11-ci İmamı Həsən ibn Əli əl-Əsgəriyə (ə) aid edilən bir təfsirdir. Fatihə və 282-ci ayəsinə qədər Bəqərə surəsini ehtiva edən bu təfsirin İmama aidiyyəti Şiə alimləri arasında mübahisəli məsələlərdəndir. Bir çox böyük Şiə alimləri tərəfindən mənbə olaraq istifadə edilməsinə baxmayaraq, bəzi alimlər təfsirin İmam Həsən əl-Əsgəriyə aid olmadığını iddia edirlər. Məqaləmizdə bu təfsiri araşdıracaq və İmama aid olub olmaması məsələsini müzakirə edəcəyik. Oxumağa davam et

QƏZALİ VƏ MƏŞŞAİLİK TƏLİMİNDƏ DİNLƏ FƏLSƏFƏNİN UYĞUNLAŞDIRILMASI CƏHDLƏRİNİN TƏNQİDİ

Müsəlman peripatetiklərinin dinlə fəlsəfəni uyğunlaşdırmaq cəhdləri hər nə qədər mütərəqqi hadisə hesab edilsə də, bəzi fəlsəfi məsələlər dinin ehkamları ilə ziddiyyət təşkil edirdi. Məşşai fəlsəfənin əsas təlimləri: “feyz-südur” konsepsiyası, “fəal ağıl” nəzəriyyəsi, peyğəmbərliyin və möcüzəgöstərmə fenomeninin rasional izahı və s. islamın ənənəvi ehkamları sayılan “ilahi xəlqetmə” (kreasionizm), vəhy (irrasional mahiyyətli bilik), peyğəmbərlik və möcüzələrin fəlsəfi ekvivalentləri kimi təqdim edilirdi. Oxumağa davam et

MÜSƏLMANLARIN MÜTTƏFİQ OLDUQLARI MÜHÜM MƏSƏLƏLƏR

Məzhəblərin yaxınlaşdırılması məsələsi bu gün İslam alimlərini və ümməti düşündürən ən aktual məsələlərdəndir. Məlum olduğu kimi, son vaxtlar İslam dini-siyasi dünyagörüşü və hərəkatı daxilində parçalanma prosesi sürətlənməkdədir. Bu proseslərdə məzhəblərarası ziddiyyətlər də fəal rol oynamaqdadır. Və bu, ölkəmiz Azərbaycan üçün də xarakterik əhəmiyyət kəsb edir. Oxumağa davam et

İBN ƏRƏBİNİN XƏYALİ İNSANLARLA QARŞILAŞMASI VƏ XƏYALIN ONTOLOJI STATUSU

İnsan Haqqın təcəllisidir və onun hər bir üzvü də Allahın bir təcəllisi olur. Ona görə də, həqiqət əhli də «kəşf» yolu ilə bir bilgi əldə etmiş olsa, onda həmin bilgidə onun qabiliyyət və istedadına uyğun şəkildə idrakında yerləşir.
Bil ki, Ariflərin (əhlullah) ilahi zövq (kəşf, mərifət) elmləri potensialın (əl-qavi) dəyişik olması ilə müxtəlifdir. Halbuki, ilahi bilgilər, tək və eyni qaynaqdan gəlməkdə və Haqqa dönməkdədir. Şübhəsiz ki, Allah (bir qudsi hədisdə) buyurur ki, «mən qulumun eşitdiyi qulağı, gördüyü gözü, tutan əli və yürüyən ayağı oluram». Oxumağa davam et

%d bloqqer bunu bəyənir: